İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsinin qərarı "Real"ın futbolçusu Cud Bellinqemi cəzalandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
La Liqanın 24-cü turunda "Osasuna" ilə matçın (1:1) 39-cu dəqiqəsində ingiltərəli yarımmüdafiəçi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Ona görə də 21 yaşlı oyunçu 2 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellinqemin özü onun hakimə qarşı təhqiramiz ifadələrin işlətdiyini inkar ediblər. Lakin RFEF tərəfindən hakimin qərarının səhv olması ilə bağlı sübut tapılmayıb.
Bizim.Media