"Barselona" Leverkuzen "Bayer"in futbolçusu Conatan Ta ilə danışıqlara davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniya klubu almaniyalı mərkəz müdafiəçisini yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Danışıqların artıq son mərhələlərdə olması bildirilir. 29 yaşlı futbolçunun "Barselona"ya azad agent statusunda keçəcəyi gözlənilir.
Qeyd edək ki, Conatan Ta bu mövsüm "Bayer"in heyətində 33 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi hazırkı mövsümün sonuna qədərdir.
Bizim.Media
!["Barselona" ilə razılığa yaxındır "Barselona" ilə razılığa yaxındır](https://bizim.media/file/articles/2025/02/13/1739476163_5291880320263646110.jpg)
- A-
- A
- A+
İdman
23:45 / 13.02.2025
"Barselona" ilə razılığa yaxındır
Hazırda oxunan: "Barselona" ilə razılığa yaxındır
Hazırda oxunan: "Barselona" ilə razılığa yaxındır
234665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.