Millimizin baş məşqçisinə Yunanıstanda MÜKAFAT VERİLDİ

Millimizin baş məşqçisinə Yunanıstanda MÜKAFAT VERİLDİ

Hazırda oxunan: Millimizin baş məşqçisinə Yunanıstanda MÜKAFAT VERİLDİ

234488

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mükafatlandırılıb. 

Bizim.Media xəbər verir ki, 71 yaşlı portuqaliyalı Yunanıstanda “Əfsanə” mükafatına sahib çıxıb. 
 

O, “Gazzetta Awards”ın qala gecəsində təltif olunub. Tədbirdə Yunanıstan idmanına xidmət göstərən idman ictimaiyyətinin nümayəndələri mükafatlandırılıblar.


Santuşa mükafatı Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis təqdim edib. 2001/02 mövsümündə onlar birlikdə AEK-lə Yunanıstan kubokunu qazanıblar.

Qeyd edək ki, Santuş 2001-02 və 2004-06-cı illərdə AEK, 2002-ci ildə “Panatinaikos”, 2007-10-cu illərdə PAOK, 2010-14-cü illərdə Yunanıstan millisini çalışdırıb. O, 2024-cü ilin yayından Azərbaycan millisinə rəhbərlik edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO