Azərbaycan yığmasının futbolçusu Coşqin Diniyevin "Çorum"dakı debütü uğurlu alınıb.
Bizim.Media xəbər verir ki, o, Türkiyə 1-ci Liqasının 24-cü turunda komandanın heyətində keçirdiyi ilk oyunda iki dəfə fərqlənib.
Bir neçə gün əvvəl "Bandırmaspor" "Çorum"a dəyişən Coşqun 14-cü dəqiqədə hesabı açıb. O, fasilədən dərhal sonra daha bir qol vuraraq, komandasının "Yeni Malatyaspor"la görüşdə 3 xal qazanmasında böyük rol oynayıb. Qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, 24 turdan sonra "Çorum" 38 xalla 4-cü pilləyə yüksəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media