“Fənərbağça” daha iki futbolçusunu itirdi

“Fənərbağça” daha iki futbolçusunu itirdi

Hazırda oxunan: “Fənərbağça” daha iki futbolçusunu itirdi

234139

Türkiyənin "Fənərbağça" klubunun heyətində ciddi itkilər baş verib. 

Bizim.Media xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi İsmail Yüksek sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu Super Liqanın 23-cü turunun "Alanyaspor"la səfər matçında (2:0) zədələnib. Onların 2 həftə yaşıl meydanlarda uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbağça"nın müdafiəıçiləri Dieqo Karlos, Aleksandru Ciku, Rodriqo Bekan, Ceyden Ostervolde və Yusuf Akçiçek də zədəlidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO