Alvaro Morata “Qalatasaray”da

Alvaro Morata “Qalatasaray”da

Hazırda oxunan: Alvaro Morata “Qalatasaray”da

232884

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, İstanbun nəhəngi "Milan"dan Alvaro Moratanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray"ın açıqlamasında ispan forvardın icarəyə götürülməsi ilə bağlı İtaliya klubu ilə danışıqlara başlanıldığı qeyd olunub. 32 yaşlı hücumçu bu gün İstanbula gedərək rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, "Milan" Alvaro Moratanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol və 2 assistlə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO