"Nyukasl"ın futbolçusu Migel Almiron karyerasını ABŞ-də davam etdirəcək.
Bizim.Media xəbər verir ki, paraqvaylı vinger sabiq klubu "Atlanta Yunayted"lə anlaşıb. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
MLS təmsilçisi Almiron üçün "Nyukasl"a 9 milyon avro təzminat ödəyəcək. 30 yaşlı futbolçu ilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Nyukasl" Migel Almironu 2019-cu ilin yanvar ayında məhz "Atlanta Yunayted"dən transfer etmişdi. Paraqvay millisinin üzvü bu müddət ərzində Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 223 rəsmi matçda 30 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
19:17 / 01.02.2025
“Nyukasl”ın futbolçusu MLS klubuna keçdi
Hazırda oxunan: “Nyukasl”ın futbolçusu MLS klubuna keçdi
Hazırda oxunan: “Nyukasl”ın futbolçusu MLS klubuna keçdi
232798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.