Klubların UEFA reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında VIII turun bu həftə keçirilən oyunları bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Səfərdə “Olimpiakos”a 0:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 66-cı yerdə qərarlaşıb. Ağdam klubunun hesabında 32,000 xal var. Ötən siyahıda 65-ci olan “Qarabağ” bir addım geriləyib. “Midtyulland” Azərbaycan çempionunu geridə qoyub. Danimarka klubu xal hesabını 32,750-yə çatdırıb. “Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 329-cu yeri bölüşənlər arasındadır.
Qeyd edək ki, siyahıya 138,500 xala malik “Real” başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:53 / 01.02.2025
“Qarabağ” UEFA reytinqində gerilədi
Hazırda oxunan: “Qarabağ” UEFA reytinqində gerilədi
Hazırda oxunan: “Qarabağ” UEFA reytinqində gerilədi
232774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.