“Olimpiakos”un baş məşqçisi: “Qarabağ”ın asan rəqib olduğunu düşünmürük”

“Olimpiakos”un baş məşqçisi: “Qarabağ”ın asan rəqib olduğunu düşünmürük”

Hazırda oxunan: “Olimpiakos”un baş məşqçisi: “Qarabağ”ın asan rəqib olduğunu düşünmürük”

232360

"Sabah qələbə qazanmaq vacib olmasa da, qalib gəlmək istəyirik. "Qarabağ"ın zəif komanda olduğunu düşünmürük". 

Bizim.Media xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendiribal "Qarabağ"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Azərbaycan çempionun zəif və güclü tərəfləri barədə danışıb:
 

"Qarabağ" kimi bir neçə komanda var ki, onları zəif saymaq olmaz. İlk səkkizlikdə yer almaq bizdən asılı deyil. Qələbə qazanıb, digər oyunların nəticələrini gözləmək lazımdır. Rəqib komandanın künc zərbələri zamanı zəif olması ilə bağlı fikrə gəlincə, bu istiqmətdə işləmək üçün kifayət qədər vaxtımız olmayıb. Aydındır ki, onlar da bu problem üzərində işləyiblər. Biz qol vurmaq üçün bütün imkanlardan istifadə edəcəyik".


Xose Luis Mendiribal Avropa Liqasının hazırki formatını bəyəndiyini bildirib. O, "Qarabağ"la oyunun heyətinin son məşqdən sonra müəyyənləşdirəcəyini deyib. İspaniyalı mütəxəssis heyətində 2-3 dəyişiklik ola biləcəyini qeyd edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO