Azərbaycan Basketbol Liqasında XI tur davam edir.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə üç matç baş tutub.
A qrupunun autsayderləri NTD və “Abşeron” üz-üzə gəliblər. Görüş birincilərin qələbəsi ilə başa çatıb.
Bu qrupun digər oyununda isə “Naxçıvan” “Neftçi”ni sınağa çəkib. Nominal qonaqlar rəqibini məğlub etməkdə çətinlik çəkməyiblər.
B qrupunun yeganə görüşündə “Ordu” “Sumqayıt”la qarşılaşıb. Qələbə qazanan "Ordu" lider mövqeyinə yüksəlib.
Azərbaycan Basketbol Liqası
XI tur
18 yanvar
A qrupu
12:30. NTD – “Abşeron” - 87:77 (25:20, 25:19, 21:18, 16:20)
“Sərhədçi” İdman Mərkəzi
16:00. “Naxçıvan” – “Neftçi” - 63:73 (12:12, 17:20, 23:16, 11:25)
“Sərhədçi” İdman Mərkəzi
1 Sabah 11 9 2 914-779 20
2 Naxçıvan 11 8 3 873-822 19
3 Neftçi 11 5 6 804-820 16
4 Sərhədçi 11 5 6 815-754 16
5 Abşeron 11 4 7 810-904 15
6 NTD 11 2 9 824-904 13
B qrupu
19:00. “Sumqayıt” – “Ordu” - 82:89 (14:18, 17:28, 30:20, 21:23)
“Sərhədçi” İdman Mərkəzi
1 Ordu 11 8 3 972-811 19
2 Şəki 10 8 2 976-825 18
3 Gəncə 10 7 3 751-656 17
4 Sumqayıt 11 3 8 922-1054 14
5 Quba 10 3 7 823-876 13
6 Lənkəran 10 2 8 731-924 12
Rəşad Rafiqoğlu, Bizim.Media