"Kəpəz" növbəti transferini rəsmiləşdirib.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoyevlə müqavilə imzalayıb.
24 yaşlı futbolçu Tacikistan futbol tarixinin ən böyük uğurunun memarlarındandır. Mabatşoyev 2023-cü ildə Qətərdə keçirilən Asiya kubokunda Tacikistan millisi ilə 1/4 finaladək irəliləməyi bacarıb. O, ölkəsinin əsas komandasının heyətində ümumilikdə 29 oyuna çıxıb və 6 qol vurub.
Mabatşoyev Tacikistanda "Barkçi", "ÇSKA Pamir Düşənbə" və "İstiklol" komandalarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media