Türkiyə 1-ci liqasında XVIII turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi “Ankaragücü” bu dəfə evdə “Keçiörengücü” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renaldo Cefas dubl edib (39-cu, 55-ci dəqiqələrdə).
Renat da bu oyunda iştirak edib. 25 yaşlı hücumçu meydana 67-ci dəqiqədə Riad Bayiçin əvəzinə daxil olub.
Qeyd edək ki, “Ankaragücü” hazırda turnir cədvəlində 27 xalla 5-ci, eyni xala malik “Keçiörengücü” isə 6-cıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:00 / 05.01.2025
Renat oynadı, komandası qalib gəldi
Hazırda oxunan: Renat oynadı, komandası qalib gəldi
Hazırda oxunan: Renat oynadı, komandası qalib gəldi
228551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.