Ölkələrin UEFA reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin VI, Konfrans Liqasının V turunun matçları dəyişikliklərə səbəb olub.
Azərbaycanın da mövqeyi dəyişib.
İsveçdə “Elfsborq”a uduzan “Qarabağ” ölkənin xal hesabını artıra bilməyib. Bundan yararlanan Bolqarıstan Azərbaycanı keçib.
Bir pillə geriləyən ölkəmiz 19,625 xalla Avropada 28-ci pillədədir. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 99,374 xal.
Bizim.Media