Bakı İdman Sarayında qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə daha 7 çəki dərəcəsində mükafatçılar bəlli olub.
112 cüdoçu medallar uğrunda mübarizə aparıb. Qadınlar arasında Leyla Əliyeva (48 kq), Xədicə Qadaşova (52 kq) və Açelya Toprak (57 kq) qızıl medallara sahib olublar. Kişilər yarışında isə Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Bir gün öncə 7 çəkidə mükafatçılar dəqiqləşib.
Qeyd edək ki, sabah komanda yarışları keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:14 / 30.11.2024
Azərbaycan çempionatında növbəti qaliblər müəyyənləşdi
Hazırda oxunan: Azərbaycan çempionatında növbəti qaliblər müəyyənləşdi
Hazırda oxunan: Azərbaycan çempionatında növbəti qaliblər müəyyənləşdi
223145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.