Dekabrın 24-dən 27-dək Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.
Bizim.Media xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil edəcəyi yarışda medal qazanan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.
Çempionatı yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət olunan referilər idarə edəcək.
İlk iki gündə yunan-Roma, son iki gündə isə sərbəst güləş üzrə ölkə çempionları müəyyənləşəcək. İlkin görüşlər hər gün 10:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.
Qeyd edək ki, arenaya giriş sərbəstdir.
Bizim.Media