Türkiyənin 3-cü liqa komandalarından "Çorluspor 1947"nin baş məşqçisi Ersin Aka qətlə yetirilib.
Bizim.Media xəbər verir ki, hadisə günorta vaxtı, Çorlu şəhərində baş verib.
46 yaşlı mütəxəssis yolda gedərkən maskalı naməlum şəxsin silahlı hücumuna məruz qalıb. O, qan içində yerə yıxılıb və ağır yaralanıb. Hücum edən şəxs isə onu gözləyən avtomobilə minərək qaçıb.
Ətrafdakıların xəbəri ilə Ersin Aka xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, Ersin Aka karyerası ərzində “Əskişəhərspor”, “Adanaspor”, “Giresunspor”, “Antalyaspor”, “Adıyamanspor”, “Adana Dəmirspor”, “Etimesqut Şeker” və “Siirtspor”da kimi komandalarda köməkçi məşqçi vəzifəsində çalışıb. O, 2012-13 mövsümündə "Beşiktaş"da müvəqqəti məşqçi kimi çalışıb. Daha sonra "Ərzin Belediye"də, "Ankara Demir", "Yeni Mersin İdman Yurdu", "Karşıyaka", "Van Spor" kimi komandalarda baş məşqçi olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:26 / 22.11.2024
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Hazırda oxunan: Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Hazırda oxunan: Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
221925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.