"Tottenhem"in futbolçusu Rodriqo Bentankur ölkəsindəki televiziya proqramlarından birində komanda yoldaşı Son Hın-Min haqqında irqçi zarafatına görə cəzalandılıb.
Bizim.Media xəbər verir ki, Bentankur "Son və ya onun qohumlarından biri... Koreyalıların hamısı bir-birinnə bənzəyir" sözlərini işlədib.
Onun bu fikri İngiltərədə və dünyada tənqidlərə səbəb olub. Bentankurla bağlı araşdırma başladılıb. 27 yaşlı yarımmüdafiəçi səsləndirdiyi ifadələrə görə İngiltər Premyer Liqası tərəfindən 7 oyunluq cəzalandırılıb. Həmçinin o, 120 min avro məbləğində cərimələnib.
Son Hın-Min isə daha əvvəl komanda yoldaşının ondan üzr istədiyini və aralarında heç bir problemin olmadığını demişdi.
Bizim.Media