"Real"ın 19 yaşlı oyunçusu Mark Kukalon karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
Buna səbəb futbolçunun zədələri olub. Onun çarpaz bağının qopmasından əməliyyat olunduğu zaman oynaq qığırdaqlarına bakteriya düşüb. Bu isə bəzi nadir fəsadlarla yekunlaşıb.
Nəticədə Kukalon zədəsindən tam bərpa ola bilmir. O, həkimlərin tövsiyəsindən sonra karyerasını bitirməyə qərar verib.
Qeyd olunur ki, "Real" Mark Kukalonun müalicəsini tam ödəyəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:41 / 16.11.2024
"Real"ın 19 yaşlı futbolçusu karyerasını BİTİRDİ
Hazırda oxunan: "Real"ın 19 yaşlı futbolçusu karyerasını BİTİRDİ
Hazırda oxunan: "Real"ın 19 yaşlı futbolçusu karyerasını BİTİRDİ
220894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.