"Barselona" futbolçusu Fermin Lopezlə müqavilə imzalayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Kataloniya klubu 21 yaşlı ispaniyalı futbolçu ilə 2029-ci ilin iyun ayına qədər müqaviləni uzadacaq. Məlumatın yaxın günlərdə rəsmən açıqlancağı gözlənilir.
Bildirilir ki, "Barselona" daha sonra Qavi və Pedri ilə yeni müqavilə imzalayacaq. Frenki De Yonq və Ronald Arauxo ilə isə hələ də danışıqlar aparılır.
Qeyd edək ki, Fermin Lopez "Barselona"nın heyətində bu mövsüm 4 oyuna çıxıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Bizim.Media