Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb.
Bizim.Media xəbər verir ki, o, Asiya Çempionlar Liqasının 3-cü turunda “Əl-Ayn”la (BƏƏ) oyunun 77-ci dəqiqəsində meydana daxil olub.
Qarşılaşma "Əl-Hilal"ın 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay millisi ilə oyunda (0:2) zədələnib. Kluba qoşulduqdan sonra Neymar cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini verib.
Bizim.Media