"İnter Mayami" Klublararası Dünya Çempionatına dəvət edildi

"İnter Mayami" Klublararası Dünya Çempionatına dəvət edildi

Hazırda oxunan: "İnter Mayami" Klublararası Dünya Çempionatına dəvət edildi

216998

FİFA prezidenti Canni İnfantino 37 yaşlı argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi ABŞ-ın "İnter Mayami" klubunun 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

İnfantino "İnter Mayami"nin Klublararası Dünya Çempionatına ev sahibi ölkə üçün ayrılan yeganə kvota üzrə dəvət aldığını bildirib.

Qeyd edək ki, "İnter Mayami" vaxtından əvvəl MLS-in müntəzəm mövsümünün çempionu olub və pley-off mərhələsinə yüksəlib. Komanda 34 oyunda 79 xal toplayaraq klub və çempionat tarixində rekorda imza atıb.

İndi isə Fort Lauderdeydən olan kollektiv ilk dəfə Klublararası Dünya Çempionatında iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO