Ötən ay futbolçu karyerasını başa vuran Rafael Varanın yeni iş yeri bəlli olub.
Bizim.Media xəbər verir ki, Fransa millisinin sabiq üzvü son olaraq çıxış etdiyi "Komo"da çalışacaq.
A seriyası təmsilçisi 31 yaşlı Varanın klubun İdarə Heyətində yer alacağını açıqlayıb. O, gənc futbolçuların inkişafı üçün xidmət göstərəcək.
Qeyd edək ki, "Real" və "Mançester Yunayted"in sabiq futbolçusu bu ilin yayında "Komo"ya keçmişdi. Zədə səbəbindən o, İtaliya klubunda cəmi 1 oyuna çıxıb.
Bizim.Media