Qvardioladan Tuhelin təyinatına REAKSİYA

Qvardioladan Tuhelin təyinatına REAKSİYA

Hazırda oxunan: Qvardioladan Tuhelin təyinatına REAKSİYA

216756

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Tomas Tuhelin İngiltərə millisinə təyinatı haqda danışıb. 

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, o, deyib: 

“Tomas Tuheli və İngiltərə Futbol Federasiyasını təbrik edirəm. Bu, böyük işdir, burada 9 il işlədikdən sonra mən ona ən yaxşısını arzulayıram. Harada anadan olacağımıza biz qərar vermirik. Buna valideynlər qərar verir. Futbol Federasiyası əla işlər görən məşqçini seçib. Onu sözsüz ki, dəstəkləyəcəm. 

Qalib gələndə təriflənəcək, məğlub olanda tənqid olunacaq. Amma bunun milliyətinə aidiyyəti yoxdur.

Bilirəm ki, gəldiyimiz yerdən qürur duyuruq, amma dünya elə böyükdür ki... Açıq olmaz lazımdır. Mən bura sizdən öyrənməyə gəlmişəm.
 

Bəziləri hesab edirlər ki, onlar digərlərindən yaxşıdır. Ukraynada, Rusiyada, İsraildə və Afrikanın bəzi yerlərində insanlar özlərini digərlərindən yaxşı sayır. Kiminsə başqa yerdə anadan olmasına görə təhqir olunması mənim xoşuma gəlmir”. 


Qeyd edək ki, Tomas Tuhel 2026-cı ilə qədər İngiltərə millisi ilə müqavilə imzalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO