İşğaldan azad olunmuş Füzulidə bu gün ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq turnir keçiriləcək.
Bizim.Media xəbər verir ki, "Mingəçevir reqatası-2024”ün növbəti yarışları Aşağı Köndələnçay su anbarında gerçəkləşəcək.
Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Ötən gün Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 9 medal (2 qızıl, 3 gümüş, 4 bürünc) əldə ediblər.
Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür. Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:14 / 17.10.2024
Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata BAŞ TUTACAQ
Hazırda oxunan: Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata BAŞ TUTACAQ
Hazırda oxunan: Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata BAŞ TUTACAQ
216435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.