"Benfika"nın futbolçusu Kerem Aktürkoğlu karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Atletiko" türk vingeri transfer etməyi planlaşdırır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Keremi komandasında görmək istəyir. Madrid nəhəngi yanvar ayında 25 yaşlı ön xətt oyunçusu üçün Portuqaliya klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Benfika" Kerem Aktürkoğlunu bu ilin sentyabr ayında "Qalatasaray"dan transfer edib. Türkiyə millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media