"Qarabağ" daha bir legionerini komandada saxlamağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, Ağdam klubu Patrik Andradenin müqavilə müddətini artırmaq istəyir.
Kabo-verdeliyə yeni 1 illik müqavilə təklif olunacaq. Afrikalı yarımmüdafiəçinin “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
31 yaşlı futbolçu “Sportinq”(Praya), “Desportivo Praya”, “Ribeyrao”, “Moreyrense”, “Famaliakao”, “Salqeyros”, “Çerno More”də oynadıqdan sonra 2022-ci ildə “Qarabağ”a keçmişdi.
2022-2023-cü illəri isə “Partizan”da(Serbiya) keçirmiş Andrade sonra yenidən Azərbaycan çempionu ilə anlaşmışdı.
Əlavə edək ki, "Qarabağ"ın Andradedən savayı Mateus Silvanın da müqavilə müddətini artıracağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:11 / 12.10.2024
“Qarabağ” bu futbolçu ilə müqaviləni ARTIRACAQ
Hazırda oxunan: “Qarabağ” bu futbolçu ilə müqaviləni ARTIRACAQ
Hazırda oxunan: “Qarabağ” bu futbolçu ilə müqaviləni ARTIRACAQ
215661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.