Cüdoçumuz bürünc medal qazandı

Cüdoçumuz bürünc medal qazandı

Hazırda oxunan: Cüdoçumuz bürünc medal qazandı

215636

Azərbaycanın cüdoçusu Acelya Toprak (57 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"nin ilk günündə bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Flaka Lojaya (Kosovo) qalib gələn təmsilçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bu gün tatamiyə çıxan 5 idmançımız isə mükafatsız qalıb.

Bunlar Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Leyla Əliyevadır (48 kq).

Qeyd edək ki, turnir oktyabrın 12-də başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO