"Bavariya" mövsümün sonunda klubla müqaviləsi başa çatan Yozua Kimmixlə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, Münhen təmsilçisi alman yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə "Bild" nəşri məlumat yayıb.
29 yaşlı futbolçu ilə yeni sözləşmə barədə razılıq əldə olunub. Kimmixə Manuel Noyerdən sonra komandanın kapitanı olmaq sözü verilib. Qarşıdakı günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Bavariya" Yozuo Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:14 / 10.10.2024
“Bavariya” bu futbolçunu komandada SAXLAYACAQ
Hazırda oxunan: “Bavariya” bu futbolçunu komandada SAXLAYACAQ
Hazırda oxunan: “Bavariya” bu futbolçunu komandada SAXLAYACAQ
215504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.