Əfsanə GEDİR: Rafael Nadal peşəkar karyerasını başa vurur

Əfsanə GEDİR: Rafael Nadal peşəkar karyerasını başa vurur

Hazırda oxunan: Əfsanə GEDİR: Rafael Nadal peşəkar karyerasını başa vurur

215484

22 qat Böyük Dəbilqə çempionu və dünya reytinqinin keçmiş bir nömrəsi, ispaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasını başa vurmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, 38 yaşlı idmançı bu barədə özü danışıb. O, Devis Kubokunun finalından sonra karyerasını başa vuracağını söyləyib: 

“Mən sizə peşəkar tennisdən getdiyimi bildirmək üçün buradayam. Reallıq budur ki, çətin bir neçə il yaşadım. Xüsusən də son 2 il... Düşünmürəm ki, məhdudiyyətsiz oynaya bildim. Bu qərar, şübhəsiz ki, çətin bir qərardır və mənim üçün çox vaxt apardı.

Ancaq bu həyatda hər şeyin başlanğıcı və sonu var. Düşünürəm ki, indi uzun və təsəvvür edə biləcəyimdən daha uğurlu olan karyeramı bitirməyin vaxtıdır.

Amma çox şadam ki, mənim son turnirim Devis Kubokunun finalı oldu. Ölkəmi təmsil edirəm. Düşünürəm ki, bu, bir dövrəni başa vurmaq kimidir. Çünki peşəkar tennisçi kimi ilk böyük sevinclərimdən biri 2004-cü ildə Sevilyadakı final idi”.

Xatırladaq ki, Devis Kuboku 2024-ün final mərhələsi noyabrın 19-dan 24-dək Malaqada (İspaniya) keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO