Roman Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür etdi

Roman Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür etdi

Hazırda oxunan: Roman Qriqorçuk “Neftçi” azarkeşlərinə təşəkkür etdi

215277

İki gün öncə “Neftçi” ilə yollarını ayıran Roman Qriqorçuk paytaxt təmsilçisinin azarkeşlərinə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, ukraynalı mütəxəssis AZƏRTAC-a açıqlamasında klubda çalışdığı insanlara minnətdarılığını bildirib.

Amma 59 yaşlı çalışdırıcı komandadan gedişi barədə hələlik danışmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. “Ağ-qaralar” onun rəhbərliyi altında Misli Premyer Liqasında meydana çıxdığı 9 oyunun heç birində qələbə qazana bilməyib. Komanda hazırda 5 xalla 9-cu pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO