"Barselona" səfərdə "Alaves"i məğlub etdi - VİDEO

"Barselona" səfərdə "Alaves"i məğlub etdi - VİDEO

Hazırda oxunan: "Barselona" səfərdə "Alaves"i məğlub etdi - VİDEO

214862

İspaniya La Liqasının 9-cu turunda "Alaves" və "Barselona"nın qarşılaşdığı matç başa çatıb.

Bizim.Media xəbər verir ki, oyun Vitoriyadakı "Mendisorrosa" stadionunda baş tutub. Baş hakim qismində Mihel Anxel Ortis Aryas çıxış edib. Hakimin start fiti Bakı vaxtı ilə saat 18:15-də səslənib. Görüş 0:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Görüşün əsas qəhrəmanı Kataloniya komandasının hücumçusu Robert Levandovski olub. Polşalı forvard ilk hissədə üç qol vurub.

"Barselona" İspaniya La Liqasının turnir cədvəlində birinci yerdədir. Komanda doqquz görüşdə 24 xal toplayıb. "Alaves" 10 xal toplayıb və 12-ci pillədə qərarlaşıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO