“Qarabağ” reytinqdə mövqeyini qorudu

“Qarabağ” reytinqdə mövqeyini qorudu

Hazırda oxunan: “Qarabağ” reytinqdə mövqeyini qorudu

214708

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

Bizim.Media xəbər verir ki, siyahıda qitənin 400 klubu yer alıb. Azərbaycanın 4 komandası ən yaxşılar arasına daxil edilib.

277 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri Avropa Liqasında “Malmö”yə 1:2 hesabı ilə uduzduğu üçün 1 xal itirib. Amma təmsilçimiz mövqeyini qoruyub.

Bir pillə geriləyən “Neftçi” 19 xalla 254-cü sıradadır. 15 xalı olan “Sabah” üç pillə geriləyib və 270-cidir. Bir xal geri qalan “Zirə” 285-ci pillədə yer alıb. Qəsəbə klubu 4 addım geriləyib.

Qeyd edək ki, siyahıya 2395 xala malik “Real” başçılıq edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO