“Yuventus”da ciddi itki

“Yuventus”da ciddi itki

Hazırda oxunan: “Yuventus”da ciddi itki

214479

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib. 

Bizim.Media xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Qleyson Bremer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bremer Çempionlar Liqası Liqa fazasının 2-ci turunun "Leypziq"lə matçında ağır zədə alıb. 27 yaşlı mərkəz müdafiəçisinin sol dizində ön çarpaz bağ zədəsi aşkarlanıb.

Təcrübəli futbolçu qarşıdakı günlərdə əməliyyat olunacaq. O, zədə səbəbindən mövsümün qalan hissəsində oynaya bilməyəcək.

Qeyd edək ki, "Yuventus" Qleyson Bremeri 2022-ci ilin yayında "Torino"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO