Stolüstü tennisçilərimiz Gürcüstanda üç medal qazandılar

Stolüstü tennisçilərimiz Gürcüstanda üç medal qazandılar

Hazırda oxunan: Stolüstü tennisçilərimiz Gürcüstanda üç medal qazandılar

213695

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində üç mükafat əldə ediblər.

Bizim Media xəbər verir ki, beynəlxalq yarışa baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə qatılan seçmə komanda 1 qızıl, iki bürünc medal qazanıb.

Onur Quluzadə 13 yaşadək idmançilar arasında bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Eyni yaş qrupunda mübarizə aparan Yağmur Məmmədli 3-cü yerlə kifayətlənib.

Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi isə, qarışıq qoşa yarışlarında mükafatçılar sırasında yer alıb. 16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar.

Qeyd edək ki, Batumi sınaqlarında ev sahibi Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, İngiltərə, İsrail, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və Litva komandaları iştirak ediblər.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO