Türkiyədə azərbaycanlı futbolçuların dueli - VİDEO

Türkiyədə azərbaycanlı futbolçuların dueli - VİDEO

Hazırda oxunan: Türkiyədə azərbaycanlı futbolçuların dueli - VİDEO

213658

Futbol üzrə Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların dueli ilə yadda qalıb.

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" öz meydanında Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü"nü qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvləri də bu matçın iştirakçısı olub. Coşqun görüşə start heyətdə başlayıb. O, 83-cü dəqiqədə əvəzlənib. Oyuna ehtiyatda başlayan Renat Dadaşov isə 59-cu dəqiqədə meydana daxil olub.

Xallarını 11-ə yüksəldən "Bandırmaspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 9 xalı olan "Ankaragücü" 14-cü yerdədir.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO