Alisson Bekker zədə səbəbindən “Liverpul”un “Bornmut” və “Vest Hem”lə son matçlarını buraxıb.
Bizim.Media xəbər verir ki, komandanın baş məşqçisi Arne Slot mətbuat konfransında braziliyalı qapıçının vəziyyətini şərh edib:
“Biz düşünürük ki, Alisson geri qayıtmağa hazırdır. Dünən bizimlə məşq etdi. Onun bu gün tam məşq edəcəyini gözləyirik. Biz çox məmnunuq. Amma vurğulamaq istəyirəm ki, Koamin Kelleher əla iki oyun keçirdi. Bu onu göstərir ki, bəzi mövqelərdə iki və ya üç yaxşı variantımız var”. “Liverpul” sentyabrın 28-də səfərdə “Vulverhempton”la Premyer Liqa oyununa çıxacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:13 / 28.09.2024
“Liverpul”un qapıçısı zədəsini SAĞALTDI
Hazırda oxunan: “Liverpul”un qapıçısı zədəsini SAĞALTDI
Hazırda oxunan: “Liverpul”un qapıçısı zədəsini SAĞALTDI
213505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.