Türkiyə basketbolunda qalmaqal – “Fənərbağça” milliyə oyunçu göndərməkdən imtina etdi

Türkiyə basketbolunda qalmaqal – “Fənərbağça” milliyə oyunçu göndərməkdən imtina etdi

Hazırda oxunan: Türkiyə basketbolunda qalmaqal – “Fənərbağça” milliyə oyunçu göndərməkdən imtina etdi

213133

"Fənərbaxça" basketbol üzrə Türkiyə milli komandasına oyunçu göndərməyəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Milli komandanın və "Panatinaikos"un baş məşqçisi Ergin Atamanın davranışına görə klub bu qərarı verib. 

Ataman "Panathinaikos"un "Qalatasaray"la yoldaşlıq oyununda tribunalara əli ilə 3:1 jestini göstərib. O, bununla ötən həftə futbol üzrə Superliqada "Qalatasaray"ın "Fənərbaxça"nı 3:1 hesabı ilə məğlub etməsinə işarə edib. 

"Fənərbaxça" Ergin Atamanın baş məşqçi olduğu müddətdə klubun milliyə oyunçu göndərməyəcəyini bəyan edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO