"İnter"in yarımmüdafiəçisi Nikolo Barella 3 oyunu buraxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Yarımmüdafiəçi İtaliya çempionatında "Milan"la oyunda (1:2) zədələnib.
27 yaşlı futbolçu "Udineze", "Srvena Zvezda" və "Torino" ilə oyunlarda Milan təmsilçisinə kömək edə bilməyəcək. O, oktyabrda beynəlxalq fasilədən sonra komandaya qatılacaq.
Qeyd edək ki, Barella bu mövsüm 4 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media