Azərbaycan klubu yeni baş məşqçisini AÇIQLADI - FOTO

Azərbaycan klubu yeni baş məşqçisini AÇIQLADI - FOTO

Hazırda oxunan: Azərbaycan klubu yeni baş məşqçisini AÇIQLADI - FOTO

213004

Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında iştirak edəcək “Ordu” klubunun baş məşqçisinin adına aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda ispaniyalı mütəxəssisə tapşırılıb. 

Azərbaycanın əsas yığmasında üçüncü məşqçi, U-20 yığmasında isə baş məşqçi kimi fəaliyyət göstərən Alberto Blanko yüksək liqa klubunda işləyəcək. Onunla birillik müqavilə imzalanıb.

Blanko hədəflərinin böyük olduğunu vurğulayıb:
 

“Biz yeni komandayıq. Çempionatda yeni klub kimi mübarizə aparacağıq. Ona görə də oyunçularımızın uyğunlaşması çox vacibdir. Düzdür, yerli oyunçularımız digər klublardan gəlib, onlar üçün ciddi problem olmayacaq. Addım-addım getməliyik. Çünki yeni yaranan klub üçün dərhal nəticə göstərmək bir qədər çətindir. Böyük hədəflərimiz var. 


Ancaq bunun üçün ilk növbədə oyunçularımız çempionatın startına qədər lazımi formaya çatmalıdırlar. Bundan sonra artıq hansısa uğurlardan danışmaq olar. Əlbəttə, hamımız əlimizdən gələni edəcəyik ki, klubumuz lazımi nəticəni qazansın. Oyunçularımız məqsədə çatmaq üçün meydanda sona qədər mübarizə aparacaqlar".


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO