“Barselona”da AĞIR İTKİ

“Barselona”da AĞIR İTKİ

Hazırda oxunan: “Barselona”da AĞIR İTKİ

212811

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya çempionatının altıncı turunda "Vilyarreal"la görüşün ilk hissəsinin sonunda zədələnib.

Bizim.Media “Marca”ya istinadən xəbər verir ki, alman qolkiper rəqibin hücumçusu Eremi Pino ilə uğursuz toqquşmadan sonra qazona istənilən kimi enməyib və dizindən zədə alıb.

Nəticədə, Ştegen meydanı xərəkdə tərk edərək, yerini İnyaki Penaya verib. İlkin müayinəyə əsasən təcrübəli qolkiperin 8 aylıq sıradan çıxdığı bildirilir.

Bu gün isə MRT müayinəsindən keçəcək almaniyalının hansı müddətdə oynamayacağı dəqiqləşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO