“Neftçi” öz meydanına nə vaxt QAYIDACAQ?

“Neftçi” öz meydanına nə vaxt QAYIDACAQ?

Hazırda oxunan: “Neftçi” öz meydanına nə vaxt QAYIDACAQ?

212054

"Neftçi"nin "Neftçi Arena"ya qayıdışı 7-ci turdakı "Qarabağ"la oyunda baş tutacağı ehtimal edilirdi. Lakin bu komandaların matçı "Azərsun Arena"da keçiriləcək.

Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisinin "Neftçi Arena"da mövsümdəki ikinci görüşü Misli Premyer Liqasının 8-ci turunun oyununda baş tutacaq.

Belə ki, "ağ-qaralar" "Sumqayıt"la oyunu məhz öz stadionunda keçirəcək. Həmin görüş sentyabrın 28-də reallaşacaq.

Qazon üzərində aparılan işlərlə yanaşı, tribunaların rəngləri ağ-qaraya dəyişdirilib.

Qeyd edək ki, “Neftçi” bu mövsüm yalnız Misli Premyer Liqasının ilk turunu "Neftçi Arena"da keçirib. Amma "Turan-Tovuz"la ev oyunundan (0:0) sonra qazonun bərbad vəziyyətdə olması səbəbindən paytaxt klubunun stadionu təmirə bağlanmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO