“Beşiktaş”ın sabiq futbolçusu İspaniya klubu ilə ANLAŞDI

“Beşiktaş”ın sabiq futbolçusu İspaniya klubu ilə ANLAŞDI

Hazırda oxunan: “Beşiktaş”ın sabiq futbolçusu İspaniya klubu ilə ANLAŞDI

211764

İngiltərə millisinin sabiq üzvü Dele Alli İspaniyaya yollanmağa hazırlaşır.

Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, “Betis” azad agent statusunda olan təcrübəli futbolçu ilə müqavilə imzalamaq istəyir.

Əndəlusiya təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini Allinin transfer edilməsini rəhbərlikdən xahiş edib. Tərəflər arasında razılıq olduğu bildirilir.

Xatırladaq ki, 28 yaşlı yarımmüdafiəçi bu ilin iyulunda “Everton”dan ayrılıb.

Ötən mövsüm “Beşiktaş” və “Everton”da çıxış edən Alli bütün turnirlərdə 17 matça çıxıb və 3 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO