Şahmat Olimpiadasında yığmalarımız bu gün növbəti görüşlərini keçirəcəklər

Şahmat Olimpiadasında yığmalarımız bu gün növbəti görüşlərini keçirəcəklər

Hazırda oxunan: Şahmat Olimpiadasında yığmalarımız bu gün növbəti görüşlərini keçirəcəklər

211657

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçirəcək.

Bizim.Media xəbər verir ki, Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv VI turda Litva ilə üz-üzə gələcək.

Kapitanı Mixail Şereşevski olan qadın millisi isə Vyetnamla qarşılaşacaq.

Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilk beş turda İordaniya, Finlandiya, Moldova və Monteneqronu məğlub edib, Hindistana uduzub.
 

Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda isə Nikaraqua, Sloveniya və Avstraliyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçəyə razılaşıb.


Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO