Ronaldo virusa yoluxdu: Çempionlar Liqasına getməyəcək

Ronaldo virusa yoluxdu: Çempionlar Liqasına getməyəcək

Hazırda oxunan: Ronaldo virusa yoluxdu: Çempionlar Liqasına getməyəcək

211577

"Ən-Nəsr"in hücumçusu və kapitanı Kriştiano Ronaldo xəstəliyi səbəbindən komanda ilə sentyabrın 16-da "Əl-Şorta" ilə Çempionlar Liqası matçının keçiriləcəyi İraqa gedə bilməyəcək.

Bizim.Media xəbər verir ki, Ronaldo bu gün özünü pis hiss edib və ona virus infeksiyası diaqnozu qoyulub.

"Komandanın həkimi idmançının istirahətə ehtiyacı olduğunu və evdə qalmalı olduğunu təsdiqləyib. O, komanda ilə İraqa getməyəcək. Kapitanımızın tezliklə sağalmasını arzulayırıq", - Səudiyyə klubunun sosial şəbəkələrdəki açıqlamasında deyilir.

Qeyd edək ki, "Əl-Şorta" - "Ən-Nəsr" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO