Şahmat Olimpiyadasında millilərimiz Hindistan və Ukrayna ilə qarşılaşacaq

Şahmat Olimpiyadasında millilərimiz Hindistan və Ukrayna ilə qarşılaşacaq

Hazırda oxunan: Şahmat Olimpiyadasında millilərimiz Hindistan və Ukrayna ilə qarşılaşacaq

211565

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün V turun görüşlərini keçirəcəklər.

Bizim.Media xəbər verir ki, kişilərdən ibarət yığma Hindistanla qarşılaşacaq, qadınlardan ibarət milli isə Ukrayna ilə üz-üzə gələcək.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız bu günə qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib - 2:2.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO