Şahmat Olimpiadası: Kişilər qalib gəldi, qadın komandamızdan heç-heçə

Şahmat Olimpiadası: Kişilər qalib gəldi, qadın komandamızdan heç-heçə

Hazırda oxunan: Şahmat Olimpiadası: Kişilər qalib gəldi, qadın komandamızdan heç-heçə

211371

Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. 

Bizim.Media xəbər verir ki, yarışa İordaniya və Finlandiya komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb. 

Zəka sahiblərimiz 3:1 hesabı ilə üstün olaraq, qələbə seriyasını 3-ə yüksəldiblər. Komandamızın hesabında 6 xal var.

Qadınlardan ibarət millisi isə Argentina ilə üz-üzə gəlib. Yığmamız üstün olsa da Ülviyyə Fətəliyevanın məğlubiyyəti görüşün heç-heçə bitməsi ilə nəticələnib. Komandamız 5 xal toplayıb.

45-ci Şahmat Olimpiadası

III Tur, 13 sentyabr

Kişilər

Azərbaycan – Moldova - 3:1

Aydın Süleymanlı – İvan Şitko - 1:0

Nicat Abasov – Andrey Makovey - 0,5:0,5

Şəhriyar Məmmədyarov – Yeqor Laşkin - 1:0

Məhəmməd Muradlı – Viktor Boloqan - 0,5:0,5

Qadınlar

Azərbaycan – Argentina - 2:2

Günay Məmmədzadə – Kandela Fransisko - 0,5:0,5

Ülviyyə Fətəliyeva – Maria Xose Kampos - 0:1

Xanım Balacayeva – Anapola Borda - 0,5:0,5

Gülnar Məmmədova – Klaudia Amura - 1:0

Qeyd edək ki, yığmalarımız ilk iki turu qələbə ilə başa vurublar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO