Cüdoçumuz Avropa çempionatında gümüş medal QAZANDI

Cüdoçumuz Avropa çempionatında gümüş medal QAZANDI

Hazırda oxunan: Cüdoçumuz Avropa çempionatında gümüş medal QAZANDI

210428

Azərbaycan cüdoçusu Aslan Kotsoyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Milyan Radulu sınağa çəkib. Rəqibinə 0:2 hesabı ilə uduzan A.Kotsoyev fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Şamil Tuncay (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, italiyalı Henri Ovusun və çexiyalı Tomaş Raşka ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO