Türkiyə millisinin oyununun hakimləri MÜƏYYƏNLƏŞDİ

Türkiyə millisinin oyununun hakimləri MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Türkiyə millisinin oyununun hakimləri MÜƏYYƏNLƏŞDİ

210349

Türkiyə millisinin Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda İslandiyaya qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, görüş Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunu referi Enea Yorqi idarə edəcək.

Ona yan xətt hakimləri qismində Denis Reyha və Ridiger Çokaj kömək edəcəklər. Dördüncü hakim funksiyasını Eldorhan Hamiti yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 9-da İzmirdəki "Gürsel Aksel Stadionu"nda keçiriləcək Türkiyə - İslandiya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qardaş ölkənin millisi bu gün 1-ci turda Uelslə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO