Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına ÇIXACAQ

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına ÇIXACAQ

Hazırda oxunan: Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına ÇIXACAQ

210052

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq. 

Bizim.Media xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərəcək. 

Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək. 

Bu gün daha bir Azərbaycan paraüzgüçüsü medal qazanmağa çalışacaq. Vəli İsrafilov (SB13) 100 metr məsafəyə brass üsulu ilə yarışacaq. 16 üzgüçü arasında ən yaxşı 8 nəfər finala adlayacaq. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə 11:30-da başlayacaq. Final mərhələsi isə 19:30-da başlayacaq. 

Qeyd edək ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO