Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan qadın həndbolçular arasında beynəlxalq turnir davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının təşkil etdiyi yarışın 4-cü günündə üç oyun keçirilib.
Öncə qrup sonuncuları “Kür” və “Alatau Arulary” (Qazaxıstan) üz-üzə gəlib. Qələbə qazanan Mingəçevir təmsilçisi 5-ci yeri tutub.
Ardınca yarımfinal mərhələsi baş tutub. “Astana” (Qazaxıstan) üzətində qələbə qazanan Özbəkistan millisi finala vəsiqə qazanıb.
Günün son matçında təmsilçilərimiz “Qarabağ”la “Azəryol” görüşüb. Sonuncular qalib gəlməklə həlledici matçda oynamaq hüququ qazanıb.
31 avqust
5-ci yer uğrunda
12:00. “Kür” (Azərbaycan) - “Alatau Arulary” (Qazaxıstan) – 34:27
Yarımfinal
14:00. “Astana” (Qazaxıstan) - Özbəkistan millisi – 35:36
16:00. “Qarabağ” (Azərbaycan) – “Azəryol” (Azərbaycan) - 20:30
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq. Finalda “Azəryol”la Özbəkistan millisi, 3-cü yer uğrunda matçda “Qarabağ”la “Astana” görüşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:58 / 31.08.2024
Bakıdakı beynəlxalq turnirdə finalçılar müəyyənləşdi
Hazırda oxunan: Bakıdakı beynəlxalq turnirdə finalçılar müəyyənləşdi
Hazırda oxunan: Bakıdakı beynəlxalq turnirdə finalçılar müəyyənləşdi
209318
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.